XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Birlik kuboku”nda güclülər müəyyənləşdi​
İdman 20:19 / 05.09.2020
Sentyabrın 5-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) təşkilatçılığı ilə Bakı Olimpiya İdman Kompleksində Paralimpiya və Olimpiyaçı idmançıların iştirakı ilə kamandan oxatma növü üzrə "Birlik kuboku” açıq yarışı keçirilib. Yarışda komitənin prezidenti İlqar Rəhimov, baş katib Kamal Məmmədov, idman şöbəsinin müdiri, eyni zamanda, "Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək milli komandanın şef-de-missionu Rauf Mürsəlov, Azərbaycan Kamandan Oxatma Federasiyasının nümayəndələri iştirak ediblər.
Gənclər və İdman Nazirliyinin tövsiyəsi ilə yarış açıq hava şəraitində keçirilib. Kubok yarışlarında 20 idmançı mübarizə aparıb.
Qeyd edək ki, "Birlik kuboku” COVID-19 koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilmiş sərt karantin rejimindən sonra paralimpiyaçıların iştirakı ilə keçirilən ilk yarışdır. Turnir Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına riayət edilməsi üçün yaradılmış xüsusi işçi qrupunun nəzarəti altında keçirilib.

33822 oxunub

InvestAZ