XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Nərimanov rayonunda açıq havada şahmat turniri keçirilib
İdman 16:58 / 05.09.2020
"Könüllülər ili” çərçivəsində Nərimanov rayonunda açıq havada şahmat turniri keçirilib. Turnirin açılış mərasimində çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, "Ağ Top” şahmat klubunun direktoru Cavanşir Bağırov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev Azərbaycanda "Könüllülər ili” çərçivəsində bir sıra tədbirlərin keçirildiyini qeyd ediblər. Bildirilib ki, könüllülər ölkədə pandemiyaya qarşı mübarizədə hökumət qurumlarına dəstək fəaliyyəti həyata keçirib, müxtəlif şəhərlərdə maarifləndirmə işlərində yaxından iştirak ediblər.
Turnirdən əvvəl bütün yarış iştirakçıları bədən hərarətini ölçən xüsusi cihazla yoxlamadan keçiblər. İştirakçılara pandemiya ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın sosial izolyasiya qaydaları haqqında və öncədən müəyyənləşdirilmiş qaydalara əməl olunması barədə ətraflı məlumat verilib.On iki könüllü şahmatçının iştirak etdiyi yarışın qalibləri mükafatlandırılıblar.
Turnirin məqsədi könüllülük fəaliyyəti ilə məşğul olan gəncləri bədən tərbiyəsi və idmana cəlb etmək, sağlam həyat tərzi və idman vasitəsilə gənclərin sosial fəallığını artırmaq, onlar arasında əlaqələri möhkəmləndirməkdir.

31780 oxunub

InvestAZ