XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Olimpiya mükafatçısı könüllülərlə görüşdü
İdman 14:05 / 04.09.2020
"Könüllülər ili”ndə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, Azərbaycan Məktəb İdmanları Federasiyasının, "Azərbaycan İdman Könüllüləri” və "Azərbaycan İdmançıları” İctimai birliklərinin təşkilatçılığı ilə reallaşdırılan "Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində növbəti onlayn görüş keçirilib.
Tədbirdə Olimpiya Oyunlarının mükafatçısı, sabiq peşəkar boksçu və "Tərəqqi” medallı Fuad Aslanovun idman ictimaiyyəti, gənclər və könüllülərlə görüşü təşkil olunub.
Fuad Aslanov tədbir iştirakçılarına boks idman növünün dərinlikləri, idmana gəlişi və karyerası ərzində qarşılaşdığı çətinliklər, eləcə də
üzləşdiyi problemlərin həll yolları, qazandığı nailiyyətlər və qarşıdakı hədəflərdən bəhs edib. O, pandemiya dövründə gənclərin və yeniyetmələrin idmandan geri qalmamaları və onların gələcək karyeralarında önəmli rol oynayacaq məsələlərlə bağlı tövsiyələrini və fikirlərini iştirakçılarla bölüşüb.
Sonra Fuad Aslanov idman ictimaiyyətinin, gənclərin və könüllülərin suallarını cavablandırıb, onlara tövsiyələrini verib.

34264 oxunub

InvestAZ