Neymar koronavirusa yoluxub
İdman 14:50 / 03.09.2020
Fransanın PSJ futbol klubunun hücumçusu Neymar koronavirusa yoluxub. Bu barədə "L'Equipe” nəşri məlumat yayıb. Braziliya millisinin üzvünün testi pozitiv çıxıb. Bu səbəbdən ulduz futbolçu karantinə alınıb və onun müalicəsinə başlanılıb. Qeyd edək ki, PSJ ötən gün iki futbolçusunun infeksiyaya yoluxduğunu açıqlamışdı. Onların yarımmüdafiəçilər Anxel Di Mariya və Leandro Paredes olduğu bildirilib.
54943 oxunub