XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Messi "Barselona"da qalır?
İdman 11:31 / 03.09.2020
İspaniya "Barselona"sının futbolçusu Lionel Messi komandada qala bilər.
Bu barədə 33 yaşlı hücumçunun atası Xorxe Messi "Deportes Cuatro" nəşrinə açıqlamasında bildirib. O, argentinalı hücumçunun daha bir mövsüm Kataloniya təmsilçisində qalmağı nəzərdən keçirdiyini təsdiqləyib. X.Messi "Barselona"nın prezidenti Xosep Bartomeu ilə görüşün çox yaxşı keçdiyini sözlərinə əlavə edib.
Qeyd edək ki, Britaniya mətbuatı Lionel Messinin "Mançester Siti" ilə anlaşdığını yazıb. Hücumçu 2004-cü ildən "Barselona"nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.

37615 oxunub

InvestAZ