XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Paytaxt birinciliyində 518 cüdoçu yarışır
İdman 11:44 / 08.03.2019
"Sərhədçi” İdman Olimpiya Mərkəzində U-15 kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyində ilk günə yekun vurulub. Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirin birinci günündə 6 çəki dərəcəsində mübarizə aparan cüdoçular arasında qaliblər müəyyənləşib. Ölkə birinciliyində qızların yarışında 28 kq, 40 kq, 52 kq, oğlanların mübarizəsində isə 34 kq, 46 kq və 60 kq çəki dərəcələrində mükafatçılar məlum olub.  Azərbaycan birinciliyinin qalib və mükafatçılarına medallar, diplomlar təqdim olunub.  Qeyd edək ki, 3 gün davam edəcək ölkə birinciliyində 75 klubdan 518 cüdoçu (482 oğlan, 36 qız) mübarizə aparır. 
33977 oxunub

InvestAZ