XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Boksçumuz qitə çempionatına qələbə ilə başladı
İdman 11:17 / 08.03.2019
 
Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatına start verilib. Çempionatın birinci günündə Azərbaycan millisinin iki üzvü rinqə çıxıb. 64 kq çəki dərəcəsində qüvvəsini sınayan Bəxtiyar Qazıbəyov xorvatiyalı Erik Piyetranj ilə üz-üzə gəlib. Gərgin keçən görüş həmyerlimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, martın 10-da səkkizdəbir finalda ispaniyalı Adrian Kreusla gücünü sınayacaq. Aliyə Vəlizadənin (60 kq) debütü uğurlu alınmayıb. Fransalı Fatya Benmessahel ilə qarşılaşan boksçumuz məğlubiyyətlə üzləşib. 
Sabah millimizin daha iki üzvü mübarizəyə qoşulacaq. Nicat Həsənov (69 kq) Saymonas Banis (Litva), Amin Kuşkov (75 kq) isə Proton de la Şappel Lakelo (Belçika) ilə görüşəcəklər.

31561 oxunub

InvestAZ