XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti
İdman 10:18 / 01.09.2020
AFFA-nın və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun mərkəzində və kəndlərində "Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib. Bu layihə Prezident İlham Əliyevin ötən il dekabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Layihə çərçivəsində rayonun Zarat kəndində və rayon mərkəzində 50 məktəbli uşağa futbola marağın artırılması məqsədilə idman geyimləri və toplar verilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Siyəzən İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, deputat Sadiq Qurbanov və digər rəsmi şəxslər iştirak ediblər.

35127 oxunub

InvestAZ