Lionel Messiyə qeyri-adi qraffiti həsr olunub
İdman 16:22 / 31.08.2020
Barselona şəhərində komandanın kapitanı Lionel Messinin təsviri ilə qraffiti yaradılıb. Futbolçu Latın Amerikası inqilabçısı, Kuba inqilabının komandanı Ernesto Çe Gevara obrazında təsvir edilib. Həmçinin fotoya "əlvida, komandan” deyə şərh yazılıb.
Xatırladaq ki, L.Messi bu yay "Barselona” klubunu tərk etmək niyyətində olduğu məlum olub. Bildirək ki, futbolçu uğrunda mübarizədə İngiltərənin "Mançester Siti” klubu favoritdir.
36277 oxunub