XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Azərbaycanlı rəssam məşhur idmançının sifarişi əsasında portretini yaradıb​
İdman 14:40 / 30.08.2020

Azərbaycanlı rəssam, UNESCO-nun Rəssamlar Birliyinin fəxri üzvü Nizar Məmmədov qarışıq döyüşlər üzrə dünyaca məşhur irlandiyalı idmançı Konor Makqreqorun portretinin çəkilməsi sifarişini yerinə yetirib.

Bu barədə rəssamın Instagram səhifəsində məlumat yerləşdirilib. İdmançı rəssama onun portretini çəkməsini sifariş edib. N.Məmmədovun əl işi təkcə döyüşçünün pərəstişkarlarının deyil, Makqreqorun özünün də ürəyincə olub. Portret tezliklə idmançıya təhvil veriləcək.

Nizar Məmmədov dünyaca məşhur azərbaycanlı rəssam Sakit Məmmədovun oğludur. O, 2004-2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. Əsərləri bir çox xarici ölklərdə sərgidə nümayiş etdirilib. Nizar Məmmədov dəfələrlə Avropada iri art-festivallarda iştirak edib.

Konor Makqrqeor boksda və qarışıq döyüş növlərində çıxış etmiş irlandiyalı idmançıdır. O, UFC-də yüngül çəki dərəcəsində çıxış edirdi. Bir müddət öncə professional karyerasını başa vurduğunu açıqlayıb.


58636 oxunub

InvestAZ