XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



İlham Zəkiyev haqqında sənədli film hazırlanıb
İdman 13:29 / 29.08.2020
Əməkdar idman ustası, ikiqat Paralimpiya və dünya çempionu, Qarabağ müharibəsi veteranı İlham Zəkiyev haqqında sənədli film çəkilib. Film Azərbaycan Televiziyasının Bədii və Sənədli Filmlər Studiyası tərəfindən ərsəyə gətirilib. Qarabağ müharibəsində sağlamlığını itirmiş idmançının həyat yolundan bəhs edən "Qaranlığın rəngləri” filmi həm də dünya işığından məhrum olmuş insanın daxili iradəsinin gücünü əks etdirir. Filmin süjet xətti qəhrəmanın daxili monoloqu üzərində qurulub.
Filmin rejissoru Rövşən Nicat, prodüseri Xalq artisti Ramiz Həsənoğludur. "Qaranlığın rəngləri” filmi Rövşən Nicat ilə Fikrət Adıgözəllinin birgə ssenarisi əsasında çəkilib.
Sənədli film avqustun 29-da saat 22:00-da İdman Azərbaycan kanalında yayımlanacaq.

 

41651 oxunub

InvestAZ