XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Karatenin inkişafı məsələləri müzakirə olunub
İdman 12:04 / 29.08.2020
Avropa Karate Federasiyasının (EKF) ikinci virtual görüşündə koronavirus pandemiyası şəraitində karatenin inkişafı məsələləri müzakirə olunub. EKF-in prezidenti Antonio Espinosun rəhbərlik etdiyi videokonfransda qitənin 30-dək milli federasiyasının prezidenti iştirak edib. Digər qitə federasiyaları ilə görüş isə ikinci hissədə baş tutub.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti və EKF-in idarə heyətinin üzvü Yaşar Bəşirov çıxışında milli federasiyanın bu dövrdə virtual fəaliyyətindən və idmançılarımızın hərtərəfli dəstəkləndiyindən söz açıb. Görüşün sonunda A.Espinos bu çətin günlərdə milli federasiyaların işlərini yüksək qiymətləndirib.
Videokonfransda yarışların keçirilməsinin mümkün variantları müzakirə olunub, birgə səylər nəticəsində qarşıdakı aylarda həyatın öz axarına düşəcəyinə və turnirlərin bərpa ediləcəyinə inam ifadə olunub.

33377 oxunub

InvestAZ