XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Güləş hakimlərimiz üçün növbəti vebinar
İdman 20:09 / 28.08.2020
Azərbaycanın güləş hakimlərinin növbəti vebinarı keçirilib. Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri Qərib Əliyevin rəhbərliyi altında keçirilən onlayn seminarda əvvəlcə sərbəst və yunan-Roma güləşində passiv hərəkətlər izah olunub. Daha sonra isə ötən vebinarda olduğu kimi, müxtəlif görüşlərdəki mübahisəli epizodların görüntüləri nümayiş etdirilib və həmin epizodlar qarşılıqlı müzakirə əsasında qiymətləndirilib.
Bu tip onlayn seminarlar davam etdiriləcək.
Qeyd edək ki, Dünya Güləş Birliyi (UWW) bu il pandemiya ilə bağlı olaraq, çox az sayda beynəlxalq yarış keçirildiyi üçün hakimlərin kateqoriyasında heç bir dəyişiklik etməyəcək.


36080 oxunub

InvestAZ