XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Neftçi” qələbə sayəsində reytinqdə irəlilədi
İdman 18:28 / 28.08.2020

Avrokubokların dünən keçirilən təsnifat mərhələsi oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb. Siyahıda ümumilikdə 430 komanda yer alıb. Avropa Liqasının I təsnifat mərhələsində 43 matçının nəticəsi cədvəldə bəzi dəyişikliklərə səbəb olub. Azərbaycan təmsilçilərinin də mövqeləri dəyişikliyə uğrayıb.
Ən yaxşı təmsilçimiz "Qarabağ” 62-ci yerdə qalsa da, şərikləri artıb. Xal hesabını 20,500-ə çatdıran "Styaua” (Rumıniya) Azərbaycan çempionu, həmçinin "Milan” (İtaliya) və "Standard”a (Belçika) çatıb. Bu dörd komanda 62-65-ci yerləri bölüşür. 
Bu il avrokuboklarda oynamayan "Qəbələ”nin xal hesabı dəyişməyib. "Qırmızı-qaralar” 5,500 xala malikdir. 4 pillə geriləyən təmsilçimiz 182-193-cü yerləri bölüşür.
Avropa Liqasında "Şkupi”ni (Şimali Makedoniya) 2:1 hesabı ilə üstələyən "Neftçi” sıçrayışa nail olub. 5,000 xala malik bakılılar 11 pillə irəliləyib. Brest "Dinamo”su (Belarus), "Riqa” (Latviya) və "Hafnarfyordur”a (İslandiya) çatan təmsilçimiz 212-215-ci yerləri bölüşür.
"Keşlə”, "Sumqayıt”, "Səbail”, "Zirə” və "Kəpəz” 3,175 xalla 303-307-ci yerlərə şərikdir.
Qeyd edək ki, reytinqə 111,000 xalla "Bavariya” (Almaniya) başçılıq edir.

 


30017 oxunub

InvestAZ