XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Çempionlar Liqasının ən yaxşı qolu
İdman 14:21 / 28.08.2020
UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ən yaxşı qolu müəyyən edilib.
"Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldonun ¼ finalda "Lion”un qapısına vurduğu top mövsümün ən yaxşı qolu seçilib. Sorğuda iştirak edənlərin 400 mindən çoxu məhz bu qola səs veriblər.
Almaniyanın "Leyptsiq” komandasının yarımmüdafiəçisi Marsel Zabitserin Rusiyanın "Zenit” klubunun qapısına vurduğu top ikinci, "Yuventus”un yarımmüdafiəçisi Xuan Kuadradonun "Atletiko Madrid” ilə oyunda müəllifi olduğu qol isə üçüncü yerə layiq görülüb. "Barselona”nın hücumçusu Luis Suaresin "İnter”in, "Bavariya”nın yarımmüdafiəçisi Serge Qnabrinin "Lion”un qapısından keçirdiyi qollar isə müvafiq olaraq dördüncü və beşinci olub.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün final qarşılaşmasında "Bavariya” klubu "Paris Sen-Jermen”i minimal hesabla məğlubiyyətə uğradaraq altıncı dəfə bu turnirin qalibi adını qazanıb.


36088 oxunub

InvestAZ