XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Messini "Barselona"da saxlamaq mümkün deyil
İdman 12:16 / 28.08.2020

"Barselona" rəhbərliyi futbolçusu Lionel Messini komandada saxlamağı mümkünsüz hesab edir.
AS nəşrinin yaydığı xəbərdə bildirilir ki, buna görə klub argentinalı hücumçunu satmaq variantını nəzərdən keçirir. Bildirilib ki, Kataloniya təmsilçisi 33 yaşlı oyunçu üçün müqaviləsində yazılan 700 milyon avro təzminat tələb etməyəcək. Lakin klub futbol tarixinin ən bahalı transferinin reallaşması üçün Messini ən azı 223 milyon avroya satmağa hazırdır.
Qeyd olunub ki, klub Messinin təktərəfli qaydada müqaviləni ləğv edə bilməyəcəyinə əmindir. Beləliklə, o, ya satılacaq, ya da 2021-ci ilin yayında başa çatacaq müqaviləsinin sonuna qədər komandada qalacaq.
Xatırladaq ki, futbol tarixinin hazırda ən bahalı transferi 2017-ci ildə "Barselona"dan PSJ-yə transfer olunan Neymardır - 222 milyon avro.




30782 oxunub

InvestAZ