XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Avropa Liqası: “Neftçi” ikinci təsnifat mərhələsinə vəsiqə qazandı
İdman 11:02 / 28.08.2020
Bakının "Neftçi” klubu UEFA Avropa Liqasına qələbə ilə başlayıb. Turnirin birinci təsnifat mərhələsi çərçivəsində Bakı təmsilçisi Şimali Makedoniyanın "Şkupi” komandasını qəbul edib. "Bakcell Arena”da keçirilən matçın birinci hissəsində komandaların cəhdlərinə baxmayaraq hesab açılmayıb. Latviyalı hakimlər briqadasının idarə etdiyi oyunun ikinci hissəsinə "Neftçi” futbolçuları daha fəal başlayıblar. Görüşün 66-cı dəqiqəsində Bakı klubunun yarımmüdafiəçisi Sabiq Buqrin hesabı açıb. Dörd dəqiqə sonra "Şkupi”nin 19 nömrəli futbolçusu Qudiabi Omar kobud oyuna görə ikinci sarı vərəqəni alaraq Şimali Makedoniya təmsilçisini azlıqda buraxıb. Qarşılaşmanın 88-ci dəqiqəsində Anton Krivotsyuk başla baxımlı qola imza ataraq "Neftçi”ni hesabda önə çıxarıb. İkinci hissəyə əlavə olunmuş dəqiqələrdə rəqib komandadan Demba Darbo qollardan birinin əvəzini çıxmağı bacarıb.

Beləliklə, görüş 2:1 hesabı ilə "Neftçi”nin xeyrinə başa çatıb. Bakı təmsilçisi bu qələbə ilə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib.

Komandamızın növbəti mərhələdəki rəqibi avqustun 31-də keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.


30940 oxunub

InvestAZ