XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Canni De Byazi “Albasete”nin futbolçusu ilə razılaşdı
İdman 19:06 / 27.08.2020
İspaniyanın "Albasete” klubunda çıxış edən Eddi İsrafilov Azərbaycan millisinin təlim-məşq toplanışında iştirak edə bilməyəcək. Bu barədə AFFA rəsmi saytı məlumat yayıb.
Futbolçu millimizin baş məşqçisi Canni De Byaziyə müraciət edərək bildirib ki, hazırda İspaniyada koronavirus (COVİD-19) pandemiyası ilə bağlı vəziyyət gərgin olduğu üçün ölkəni tərk etdikdən sonra geri qayıdarkən minimum 2 dəfə müvafiq test verilməlidir, testlərin cavabının alınması isə qısamüddətli deyil. Testlərin cavabını gözlədiyi müddətdə oyunçunun məşq etməsinə icazə verilməyəcək.
Eddi İsrafilovun qeyd olunan problemlə üzləşməməsi üçün Canni De Byazi onun millinin təlim-məşq toplanışında və UEFA Millətlər Liqası çərçivəsində Lüksemburq (5 sentyabr) və Kipr (8 sentyabr) yığmalarına qarşı oyunlarda iştirak etməməsinə razılıq verib.


35534 oxunub

InvestAZ