XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



AMADA ilə Polşa Antidopinq Agentliyi arasında əməkdaşlıq görüşü
İdman 18:39 / 27.08.2020
Bu gün Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Polşa Antidopinq Agentliyi (POLADA) arasında əməkdaşlıq görüşü keçirilib. Hər iki qurumun rəhbər şəxsləri və digər əməkdaşlarının iştirak etdiyi görüş videokonfrans formatında baş tutub.
Görüşdə əsasən 2021-ci ildə qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi və COVID-19 pandemiyası dövründə dopinq nəzarətinin həyata keçirilməsi, o cümlədən təhsil və maarifləndirmə işlərinin təşkili məsələləri müzakirə edilib.
Tədbirdə çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli yeni
Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi ilə bağlı Azərbaycanda görülən işlərdən danışaraq həyata keçirilən tədbirlərdən bəhs edib. Azərbaycan təcrübəsini polşalı həmkarları ilə bölüşən Ş.Hüseynli bildirib ki, Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi proqramı il ərzində mərhələli şəkildə həyata keçirilir. Yeni məcəllə qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsi zərurəti yaradır.
Məcəllədəki dəyişikliklər və yeniliklər ətraflı öyrənildikdən sonra qanunvericiliyə müvafiq dəyişiklik layihəsi hazırlanaraq Ümumdünya Antidopinq Agentliyinə (WADA) təqdim edilib. Layihə təsdiq edildikdən sonra isə aidiyyatı yerli dövlət qurumlarına göndərilib. Hazırda layihə tamamlanma mərhələsindədir.
Görüşdə COVID-19 pandemiyası dövründə dopinq nəzarətinin həyata keçirilməsi məsələsi də ətraflı müzakirə edilib. Tərəflər öz təcrübələrini bölüşüb və prosesin daha effektiv təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.


47004 oxunub

InvestAZ