XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



UEFA-nın yeni reytinqində bir pillə yüksəliş
İdman 14:24 / 27.08.2020
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb. Siyahıda Azərbaycanın mövqeyində dəyişiklik olub. Çempionlar Liqasının 2-ci turunda ötən gün "Şerif"ə (Moldova) 2:1 hesabı ilə qalib gələn "Qarabağ” Azərbaycanın xalını artırıb və mövqeyini yüksəldib. Aktivinə 0,375 xal yazan Azərbaycan son beş mövsümün nəticələrinə əsasən 15.125 xalla 26-cı yerdən 25-ci pilləyə yüksəlib. Buna həm də Rumıniya ÇFR-inin öz meydanında Xorvatiya "Dinamo”su ilə 2:2 hesablı heç-heçə səbəb olub. Ölkəmizi Rumıniya (26) Qazaxıstan (27), Belarus (28) izləyir. 24-cü yerdə olan Norveç isə Azərbaycanı 0.125 xal qabaqlayır.


29942 oxunub

InvestAZ