XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Qarabağ" "Şerif"i də Bakıdan məğlub göndərdi - FOTO
İdman 10:05 / 27.08.2020
Dünən Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilib. Təmsilçimiz "Qarabağ" da bu gün meydana çıxıb. Qurban Qurbanovun komandası Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda Moldova "Şerif"ini qəbul edib. 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi ÇL-in 3-cü təsnifat mərhələsinə yüksəlib. "Şerif" isə Avropa Liqasının 3-cü raundunda mübarizə aparacaq.
Qeyd edək ki, "Şerif" bundan əvvəl də avrokuboklarda "Qarabağ"a rəqib olmuşdu. Bundan əvvəlki görüşlərdə də təmsilçimiz Moldova klubundan güclü olub. 2017/18 mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şerif"i mübarizədən kənarlaşdıran (0:0, 2:1) Ağdam təmsilçisi növbəti dəfə Avroliqanın pley-offunda tiraspollularla üz-üzə gəlib. 2018/19 mövsümündəki duellərdə də "Qarabağ" üstün tərəf olaraq (0:1, 3:0) qrup mərhələsinə yüksəlib.
Xatırladaq ki, "Qarabağ" 1-ci təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"inə 4:0 hesabı ilə qalib gəlib.


26 avqust

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsi

20:00. "Qarabağ" (Azərbaycan) - "Şerif" (Moldova) - 2:1
Qollar:Uroş Matiç, 22-pen (1:0), Mahir Emreli, 63 (2:0), Kastanyeda, 78 (2:1)
Qırmızı vərəqə: Anatole Abanq, 37- birbaşa qırmızı vərəqə ("Şerif")
Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


40284 oxunub

InvestAZ