XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Bakıdan kənarda daha 10 qarşılaşma
İdman 18:18 / 26.08.2020
Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" Moldova "Şerif"i ilə üz-üzə gələcək. 
Bakıdakı görüşdən başqa daha 10 qarşılaşma keçiriləcək. Mərhələnin taleyi bir oyundan sonra bəlli olacaq.
Qalib gələn komandalar ÇL-də III təsnifat mərhələsinə yüksələcək. Məğlub olanlar isə mübarizəyə Avropa Liqasında davam edəcək.
Avropa Liqasında isə I təsnifat mərhələsinin bir matçı baş tutacaq. Lüksemburq təmsilçisi "Proqress” Monteneqronun "Zeta" klubu ilə üz-üzə gələcək. 

26 avqust 

Çempionlar Liqası, II təsnifat mərhələsi 

Qeyri-çempionlar

18:30. "Alkmaar” (Niderland) - "Viktoriya” (Çexiya)
21:00. "Lokomotiv” (Zaqreb, Xorvatiya) - "Rapid” (Vyana, Avstriya)

Çempionlar 

20:00. "Qarabağ” (Azərbaycan) - "Şerif” (Moldova)
20:00. "Suduva” (Litva) - "Makkabi” (Təl-Əviv, İsrail)
20:00. "Çelye" (Sloveniya) - "Molde” (Norveç)
21:30."Ludoqorets” (Bolqarıstan) - "Midyulland” (Danimarka)
22:00. "Dinamo” (Brest, Belarus) - "Sarayevo” (Bosniya və Herseqovina)
22:00. ÇFR (Rumıniya) - "Dinamo” (Zaqreb, Xorvatiya)
22:00. "Legiya” (Polşa) - "Omoniya” (Kipr)
22:15. "Yanq Boyz” (İsveçrə) - "Klaksvik” (Farer adaları)
22:45. "Seltik” (Şotlandiya) - "Ferentsvaroş” (Macarıstan)

Avropa Liqası, I təsnifat mərhələsi

20:30. "Proqress” (Lüksemburq) - "Zeta” (Monteneqro)

Qeyd edək ki, ilk oyun günündə PAOK Yunanıstanda Türkiyə "Beşiktaş"ını 3:1, Serbiya "Srvena Zvezda"sı isə Albaniyada "Tirana"nı 1:0 hesabı ilə yenərək, ÇL-də mübarizədən kənarlaşdırıb. Avropa Liqasının təsnifatında isə Litvanın "Riteryay" komandası əlavə vaxtda İrlandiyanın "Derri Siti" klubunu mübarizədən kənarlaşdıra bilib 3:2. 


29784 oxunub

InvestAZ