XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Messi- “Səbail” fantastik arzusu
İdman 18:12 / 26.08.2020
İspaniyanın "Barselona” klubundan ayrılmağa qərar verən argentinalı futbolçu Lionel Messiyə daha bir "müştəri” çıxıb.
Apasport.az saytının məlumatına görə, Bakının "Səbail” klubu cənubi amerikalını heyətində görmək istəyir.
Paytaxt təmsilçisi bu barədə «facebook» səhifəsində xəbər yayıb. Bakılıların paylaşımı da bu fantastik arzudan xəbər verir. Bunadək Maykl Essyenin transferi ilə özündən söz etdirən "Səbail” indi də daha sanballı oyunçuya göz dikib. Baxmayaraq ki, komanda Aleksandr Rıbka, Şəhriyar Rəhimov, Kamal Bayramov, Eriko da Silva kimi oyunçuları da saxlaya bilməkdə aciz qalmışdı.
Messiyə "Səbail” forması "geyindirən” Premyer Liqa klubu bu geyimin ona yaraşdığını iddia edir: "Bizcə, Messiyə bu forma əla yaraşır. Bəs siz nə düşünürsünüz?”.
Qeyd edək ki, "Barselona” Messini yalnız 700 milyon avroya satmağa razıdır. Futbolçu isə müqaviləni birtərəfli qaydada pozmaq istəyir.


31025 oxunub

InvestAZ