XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Qarabağ” bu gün avrokuboklarda növbəti matçına çıxacaq
İdman 10:46 / 26.08.2020
Bu gün Azərbaycanın "Qarabağ” klubu avrokuboklarda 2020-2021-ci il mövsümünün II təsnifat mərhələsi çərçivəsində Moldovanın "Şerif” komandası ilə qarşılaşacaq. Saat 20:00-da baş tutacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Bu oyunun qalibi yeni reqlamentə görə, bir oyunla məlum olacaq. UEFA daha əvvəl görüşü Furkat Atajanovun rəhbərlik etdiyi Qazaxıstandan olan hakimlər briqadasına tapşırsa da, sonradan bu oyun Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Əsas referi Mikola Balakinə həmyerliləri Viktor Matyaş və Sergey Pristupa yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.
"Qarabağ” klubu bu günə kimi "Şerif” ilə beş dəfə üz-üzə gəlib.
Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks”
klubunu (4:0), "Şerif” isə Lüksemburqun "Fola Eş” komandasını məğlub edib - 2:0.
"Qarabağ” ikinci təsnifat mərhələsində Moldovanın "Şerif” klubuna
qalib gəlsə, növbəti mərhələdə "Seltik” (Şotlandiya), "Dinamo” (Zaqreb, Xorvatiya), "Lüdoqorets” (Bolqarıstan), "Yanq Boyz” (İsveçrə) və "Srvena Zvezda” (Serbiya) klublarından biri ilə qarşılaşacaq.

39479 oxunub

InvestAZ