İdman 11:51 / 07.03.2019
Dünya Karate Federasiyası (WKF) yeni Olimpiya reytinqini açıqlayıb. İlkiyirmilikdə Azərbaycanın üç karateçisi yer alıb.Onlardan ən yaxşı nəticə dünya çempionu İrina Zaretskaya (+61 kq) məxsusdur. Karateçimiz siyahıda ikinci yerdə qərarlaşıb. Beşqat dünya çempionu Rafael Ağayev dördüncü pillədə yer alıb. Millimizin digər üzvü Firdovsi Fərzəliyev isə 13-cü yerdədir.