XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Olimpiya məşəli ictimaiyyətə təqdim olunacaq
İdman 16:22 / 25.08.2020
Gələn ilin yayınadək təxirə salınmış Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının məşəli sentyabrın 1-dən noyabrın 1-dək Milli Stadionun yaxınlığında ictimaiyyətə təqdim olunacaq.
Bu barədə Oyunların təşkilat komitəsi məlumat yayıb.
Xatırladaq ki, Olimpiya məşəli Yunanıstandan Yaponiyaya martın 20-də, Oyunların təxirə salınması barədə qərarın qəbulundan dörd gün əvvəl gətirilib. Məşəl Oyunların keçiriləcəyi əsas stadionun yaxınlığında yerləşən Yaponiya Olimpiya Muzeyində nümayiş etdiriləcək. Olimpiya məşəlinə baxmaq istəyənlər əvvəlcədən bron götürməlidirlər. Eyni zamanda, muzey koronavirus pandemiyası ilə əlaqədar tamaşaçıların sayını azaltmağa çalışacaq. Muzeyə girişin qiyməti 500 yen (təqribən 5 dollar) olsa da, uşaqlar və məktəblilər üçün biletlər ödənişsizdir.
Avqustun 31-də təşkilatçıların KİV nümayəndələri üçün açılış mərasimi təşkil edəcəyi də bildirilir.


33644 oxunub

InvestAZ