XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Komandamızın oyununu idarə edəcək hakimlər dəyişdirildi
İdman 15:33 / 25.08.2020
UEFA Çempionlar Liqasının II təsnifat məhələsində keçiriləcək "Qarabağ" - "Şerif" (Moldova) matçının hakimləri dəyişdirilib. 
Qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Əsas referi Mikola Balakinə həmyerliləri Viktor Matyaş və Sergey Pristupa yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək. UEFA daha əvvəl bu qarşılaşmanı Qazaxıstandan olan hakimlərə həvalə edib. Görüşün baş hakimi Furkat Atajanov olmalı idi. Mikola Balakin daha əvvəl 2017/2018 mövsümündə "İnter"in (hazırkı "Keşlə") Serbiya "Mladost"unu 2:0 hesabı ilə məğlub etdiyi Avropa Liqasının I təsnifat mərhələsi matçına təyinat alıb. 
Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.
Xatırladaq ki, "Qarabağ"ın I təsnifat mərhələsində Şimali Makedoniya "Sileksi"ni 4:0 hesabı ilə məğlub etdiyi matçı ukraynalı Yaroslav Kozık idarə edib. 

 


41643 oxunub

InvestAZ