XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Formula 1 Türkiyəyə qayıdır
İdman 13:06 / 25.08.2020
Türkiyə Qran-Prisi yenidən Formula 1 təqviminə salınıb. Avqustun 25-də Formula 1 cari mövsümün sonuncu dörd mərhələsinin vaxtını və yerini açıqlayıb. Formula 1 Türkiyə Qran-Prisi noyabrın 13-15-də "İstanbul Park”da təşkil olunacaq.
İki həftə sonra yarış Bəhreyndə davam etdiriləcək. Sahir trasında iki yürüş keçiriləcək. Bəhreyn Qran-Prisi noyabrın 27-29-na, Sahir Qran-Prisi isə dekabrın 4-6-na təsadüf edəcək. On yeddi mərhələdən ibarət dünya çempionatına dekabrın 11-13-də Əbu-Dabi yarışı ilə yekun vurulacaq.
Qeyd edək ki, Türkiyədə ilk Formula 1 Qran-Prisi 2005-ci ildə keçirilib. Həmin mövsümdə Kimi Raykkonen qələbə qazanıb. Daha sonra ardıcıl üç dəfə Felipe Massa qalib gəlib. 2009-cu, 2010-cu və 2011-ci illərdə müvafiq olaraq Censon Batton, Luis Hamilton və Sebastian Fettel azarkeşlərini sevindiriblər. Türkiyə Qran-Prisi 2011-ci ildən etibarən keçirilməyib.

32627 oxunub

InvestAZ