XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



10 oyuna 5 titul
İdman 19:54 / 24.08.2020
İspaniyalı futbolçu Alvaro Odriosola qeyri-adi nailiyyətə imza atıb. "Bavariya”da icarədə olan "Real”ın müdafiəçisi mövsümdə 5 titul qazanmağa müvəffəq olub. Mövsümə "Real”da başlayan Alvaro Madrid təmsilçisi ilə İspaniya Superkubokuna yiyələnib. O, bu qarşılaşmada iştirak etməsə də, adı sifariş vərəqində olduğu üçün titula sahib çıxıb.
Qışda "Bavariya”ya icarəyə verilən Odriosola Almaniyada çempion və kubok sahibi olub. Üstəlik, "Real”ın İspaniya çempionu adını qazanması sayəsində Alvaroya da qızıl medal verilib. Müdafiəçinin mövsümdəki 5-ci titulu isə Çempionlar Liqasının finalında əldə edilib. PSJ üzərində 1:0 hesablı qələbə ispaniyalı üçün 5-ci nailiyyəti rəsmiləşdirib.

31191 oxunub

InvestAZ