XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Liqa1-də növbəti oyunlar keçirilib
İdman 13:46 / 24.08.2020
Fransa Liqa1-də I turun daha 4 oyunu keçirilib. "Monako" Avropa Liqası iştirakçısı "Reyms"i qəbul edib. Qonaqlar erkən qollar sayəsində 2 top fərqi ilə önə keçmələrinə baxmayaraq, Knyazlıq klubu məğlubiyyətdən qaçmağa müvəffəq olub.
Çempionatın debütantı "Loryen" doğma arenasında "Strasburq"la qarşılaşıb. Qonaqlar ilk yarıda hesabı açsalar da, fasilədən sonra "Loryen" rəqib qapısından 3 cavabsız top keçirərək qalib gəlib.
Avropa Liqasında Fransanı təmsil edəcək "Nitsa" isə Liqa1-in digər debütantı "Lans"ı sınağa çəkib. "Lans" penaltidən vurduğu erkən qol sayəsində önə keçib. Ancaq Amine Quirinin dublu "Nitsa"ya əzmkar qələbə qazandırıb.
Turun "Monpelye" - "Lion" (15 sentyabr), PSJ - "Mets" (16 sentyabr) və "Marsel" - "Sent-Etyen" (17 sentyabr) oyunları təxirə salınıb.

Fransa Liqa1 
I tur 
23 avqust 
15:00. "Monako" - "Reyms" - 2:2 Disasi, 45+2; Badiaşi, 55 - Dia, 5; Ture, 21 17:00. "Loryen" - "Strasburq" - 3:1 Vissa, 51, Qrbiç, 60, Hamed, 87 - Çairi, 30 17:00. "Nim" - "Brest" - 4:0 Dankey, 8, Melinq, 31, Filippoteaks, 69, Kone, 84 19:00. "Nitsa" - "Lans" - 2:1 Quiri, 23, 75 - Kakuta, 11 (pen.) 

31659 oxunub

InvestAZ