XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Bavariya” Çempionlar Liqasının qalibi oldu
İdman 10:47 / 24.08.2020
UEFA Çempionlar Liqasının 2019-2020-ci illər mövsümünün final görüşü keçirilib. Turnirin həlledici görüşündə "Bavariya” (Almaniya) və "Paris Sen-Jermen” (Fransa) klubları üz-üzə gəlib.
Portuqaliyanın paytaxtı Lissabondakı "Estadio da Luş" stadionunda keçirilən görüş "Bavariya”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın birinci hissəsində hər iki komandanın təhlükəli vəziyyəti olsa da, hesab açılmayıb.
Oyunun ikinci hissəsinə daha üstün başlayan Münhen təmsilçisi 59-cu dəqiqədə hesabı açıb. Coşua Kimixin cinah ötürməsindən sonra qapıya dəqiq baş zərbəsi vuran Kirsli Koman komandasına vacib qələbə gətirib.
Qalan dəqiqələrdə hesab dəyişməyib.
Qeyd edək ki, bu oyun komandaların avrokuboklarda 9-cu dueli olub. "Paris Sen-Jermen” və "Bavariya" indiyədək UEFA Çempionlar Liqasının qrupunda 8 dəfə üz-üzə gəliblər. Bunların 5-də Paris təmsilçisi, 3-də isə münhenlilər qələbə qazanıb. "Paris Sen-Jermen”in 12 qoluna, "Barvariya" 11 topla cavab verib.
Paris təmsilçisi tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin finalında oynayıb. Paytaxt klubu Fransa çempionatının son 8 mövsümündə 7 dəfə qalib olub.
Bu günə kimi beş dəfə UEFA Çempionlar Liqasının qalibi olmuş "Bavariya" isə son olaraq 2013-cü ildə bu titulu əldə edib. Münhen təmsilçisi 6-cı kubokunu qazanaraq "Liverpul" klubu ilə bu titula görə bərabərləşib.
 
UEFA Çempionlar Liqası Final 23 avqust
Lissabon. "Estadio da Luş” stadionu.
PSJ (Fransa) - "Bavariya” (Almaniya) 0:1 Qol: Koman, 59.  

33427 oxunub

InvestAZ