XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Rəşad Sadıqovun komandası mövsümə heç-heçə ilə başladı
İdman 10:06 / 24.08.2020
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020-2021-ci il mövsümünün birinci turunun oyunlarına yekun vurulub. Turun üçüncü oyun günündə "Qəbələ” öz meydanında "Zirə”ni qəbul edib. Bu, həm də qonaqların çalışdırıcısı Rəşad Sadıqovun klubun sükanı arxasında baş məşqçi kimi ilk rəsmi görüşü olub. Qəbələ şəhər stadionunda baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1. Oyunda hesabı 3-cü dəqiqədə meydan sahibləri açıblar. Asif Məmmədov fərqlənib. Matçın 28-ci dəqiqəsində paytaxt təmsilçisi Ağabala Ramazanov hesaba tarazlıq gətirib. Qalan vaxtda qapılara qol vurulmadığından, mövsümün ilk heç-heçəsi qeydə alınıb. Görüşə əlavə edilmiş dəqiqələrdə isə Rəşad Sadıqovun komandası meydanda azlıqda qalıb. Hacıağa Hacılı mövsümün ilk qırmzı vərəqəsini alıb. Bununla "Qəbələ" ardıcıl 7-ci Premyer Liqa oyununda "Zirə"yə uduzmayıb.
Qeyd edək ki, turun digər oyunlarında "Keşlə” səfərdə "Sumqayıt”ı minimal hesabla üstələyib-1:0. "Neftçi” öz meydanında "Səbail”i (2:1), "Qarabağ” isə "Sabah”ı (2:0) məğlub edib.
 Premyer Liqa 
I tur 
23 avqust

Qəbələ şəhər stadionu 19:00. "Qəbələ” - "Zirə” - 1:1 Qollar: Məmmədov, 3 - Ramazanov, 28 Qırmızı vərəqə: Hacılı, 90+1  
 

33933 oxunub

InvestAZ