XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Avroliqanın oyunu növbəti dəfə koronavirusa görə təxirə salındı
İdman 13:46 / 23.08.2020

Futbol üzrə Avropa Liqasında ilkin mərhələnin "Linkoln” (Cəbəllütariq) – "Priştina” (Kosovo) oyunu yenidən baş tutmayıb.​ Buna qonaq komandada yeni koronavirusa yoluxma faktının aşkarlanması səbəb olub.

Avqustun 18-də baş tutmalı olan qarşılaşma Kosovo təmsilçisinin 8 oyunçusunun testinin pozitiv çıxması səbəbindən bu günə təyin olunmuşdu. Lakin bu gün qonaqların daha bir neçə oyunçusunun virusa yoluxduğu açıqlanıb. Bu səbəbdən UEFA görüşün oynanılmamasına qərar verib.
Qitə futbol qurumu matçın taleyi ilə bağlı hələ yekun qərar verməyib. Ancaq böyük ehtimalla kosovolular texniki məğlubiyyətlə üzləşəcək. Belə olarsa, "Linkoln” 1-ci təsnifat mərhələsində Lüksemburq klubu "Union”a rəqib olacaq.​​ Bu mərhələnin oyunları avqustun 27-də keçiriləcək.


30071 oxunub

InvestAZ