XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



İlk turun son oyunu ​
İdman 11:03 / 23.08.2020

Bu gün Azərbaycan Premyer Liqasında I tura yekun vurulacaq. Son oyun günündə 1 qarşılaşma keçiriləcək. "Zirə" yeni baş məşqçisi Rəşad Sadıqovun rəhbərliyi altında ilk rəsmi görüşünü "Qəbələ"yə qarşı keçirəcək.

İndiyədək çempionatda 19 dəfə qarşılaşan tərəflərin duellərində əyalət təmsilçisi daha çox - 7 dəfə qələbə qazanıb. 8 görüş heç-heçə bitibsə,​ 4 oyunda "qartallar" qalib gəliblər. Topların fərqi də "qırmızı-qaralar"ın xeyirinədir - 24:16.
Son 6 görüşdə uduzmayan "Qəbələ” 5 matçdır meydanı qolsuz tərk etmir. "Zirə” isə səfərdə 7 oyundur qalib gəlmir.

Azərbaycan Premyer Liqası
I tur
23 avqust (bazar)

Qəbələ şəhər stadionu
19:00. "Qəbələ" – "Zirə"

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə avqustun 21-də start verilib. Açılış turunda "Keşlə" səfərdə "Sumqayıt"ı​ 1:0, "Neftçi" isə evdə "Səbail"i​ 2:1 hesabı ilə məğlub edib. Avqustun 22-də keçirilmiş "Qarabağ" - "Sabah" matçında isə son çempion inamlı qələbə qazanıb - 2:0.


31452 oxunub

InvestAZ