XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Qarabağ" çempionata 3 xalla başladı
İdman 10:17 / 23.08.2020

Azərbaycan Premyer Liqasında ilk turun oyunları​ davam edir. İkinci oyun günündə son çempion "Qarabağ" turun mərkəzi qarşılaşmasında "Sabah"ı qəbul edib. Mövsümə Çempionlar Liqasındakı qələbə ilə başlayan Ağdam təmsilçisi Premyer Liqaya da 3 xalla start verib. Qurban Qurbanovun yetirmələri yay fasiləsində heyəti bir qədər də güclənən və "Qarabağ"a əsas rəqiblərdən sayılan "Sabah"a 2:0 hesabı ilə qalib gəlib. Mahir Emrelinin dublu bakılıların ispaniyalı baş məşqçisi Visente Qomesin ölkəmizdəki debüt matçında məğlubiyyətini rəsmiləşdirib.

Qeyd edək ki, tura avqustun 23-də keçiriləcək "Qəbələ" - "Zirə" (19:00) oyunu ilə yekun vurulacaq.

Premyer Liqa
I tur
22 avqust

"Azersun Arena”
20:00. "Qarabağ” – "Sabah” - 2:0
Qollar:​​ Emreli, 45, 68


30362 oxunub

InvestAZ