XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Bakı çempionatında qaliblər müəyyənləşdi​ ​ ​
İdman 14:26 / 22.08.2020

Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatı keçirilib. Azərbaycan Atletika Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən çempionatda yeniyetmələr, gənclər və böyüklər iştirak ediblər.​​ Yarışda 8 komandadan 90 idmançı mübarizə aparıb.

Qadınların yarışında 1 kilometr məsafəyə qaçışda Tutuxanım İsrafilova birinci olub. Leyla Sadıqova 2, Lamiyə Vəliyeva 4, Anna Yusupova isə 6 kilometr məsafəyə qaçışda qızıl medal qazanıblar.
Kişilərin mübarizəsində Səid Səfərli 2, Mahmud Mehdiyev 3, Əlhəm Nağıyev 6, Elman Abışov isə 10 kilometr məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İlk üç yeri tutan idmançılar baş idarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.


32309 oxunub

InvestAZ