XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir
İdman 13:01 / 22.08.2020

AFFA-nın və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib. Tədbir Muğanlı, Göylər, Məlikçobanlı və Qızmeydan kəndlərində təşkil edilib.

Bu layihə Prezident İlham Əliyevin 2019-cu il dekabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Layihə çərçivəsində Muğanlı, Göylər, Məlikçobanlı və Qızmeydan kəndlərində 50 məktəbli uşağa futbola marağın artırılması məqsədilə idman geyimləri və futbol topları verilib.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.


30542 oxunub

InvestAZ