XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Neftçi” və “Keşlə”dən uğurlu başlanğıc​
İdman 10:23 / 22.08.2020

Azərbaycan Premyer Liqasında 2020-21 mövsümünə start verilib. 29-cu ölkə çempionatının açılış matçı Sumqayıtda keçirilib.​​ Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Sumqayıt"la "Keşlə" avrokubok oyunu öncəsi üz-üzə gəlib. Qonaqlar yeni baş məşqçi Yunis Hüseynovun debüt matçından 3 xalla ayrılıb. Qəsəbə təmsilçisinə qalibiyyəti gətirən yeganə topa son saniyələrdə Azər Salahlı imza atıb.

Günün ikinci görüşündə "Neftçi” "Səbail”i qəbul edib. Əsasən təcrübəsiz gənc futbolçuların ümidinə qalan "Səbail"in mövsümə sensasiya ilə başlamaq istəyi reallaşmayıb. "Ağ-qaralar” minimal hesabla qələbə qazanıb.
Qeyd edək ki, avqustun 22-də "Qarabağ” – "Sabah” (20:00), 23-də isə "Qəbələ” – "Zirə” (19:00) qarşılaşması ilə I tura yekun vurulacaq.

Premyer Liqa

I tur

21 avqust

Kapital Bank Arena

18:30. "Sumqayıt” – "Keşlə” - 0:1

Qol: Salahlı, 90+4

Bakcell Arena

20:30. "Neftçi” – "Səbail” - 2:1

Qollar:​​ Ələskərov, 16, 66 -​ Keşavarz, 79


29352 oxunub

InvestAZ