XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Bavariya" reytinqə başçılıq edir
İdman 11:41 / 21.08.2020
Çempionlar Liqasının yarımfinal mərhələsinin oyunlarından sonra klubların UEFA reytinqində dəyişiklik olub. Fransa "Lion"unu 3:0 hesabı ilə məğlub edərək finala adlayan Almaniya təmsilçisi "Bavariya" sıralamada ilk pilləyə yüksəlib.
Hazırda Bundesliqa çempionu ilə İspaniya "Real Madrid"i eyni xala (134) sahib olsalar da, münhenlilər 2019/2020 mövsümündə avrokuboklarda 34, "kral klubu" isə 17 xal toplayıb. Bu səbəbdən almanlar liderliyi ələ keçirib.
 
Klubların UEFA reytinqindəki ilk "10-luğ"u


1. "Bavariya" (Almaniya) - 134 xal
2. "Real Madrid" (İspaniya) - 134 xal
3. "Barselona" (İspaniya) - 128 xal
4. "Atletiko" (İspaniya) - 127 xal
5. "Yuventus" (İtaliya) - 117 xal
6. "Mançester Siti" (İngiltərə) - 116 xal
7. PSJ (Fransa) - 113 xal
8. "Sevilya" (İspaniya) - 100 xal
9. "Mançester Yunayted" (İngiltərə) - 100 xal
10. "Liverpul" (İngiltərə) - 99 xal

Qeyd edək ki, "Bavariya" Çempionlar Liqasının finalında Fransanın PSJ klubu ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də Portuqaliyanın Lissabon şəhərindəki "Eştadiu da Luş" stadionunda keçiriləcək.

31304 oxunub

InvestAZ