XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Slovakiya klubunda koronavirus aşkarlandı
İdman 17:00 / 20.08.2020
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Klaksvik" (Farer adaları) - "Slovan" (Slovakiya) oyunu təxirə salınıb. Buna səbəb Slovakiya klubunda koronavirus infeksiyasının aşkarlanması olub.
Virusa yoluxduğu üçün futbolçularından birini səfərə aparmayan "Slovan” Farer adalarında yenidən testdən keçib. Komandanın fizioterapevtinin yoluxduğu məlum olub. Buna görə də UEFA Farer adalarına gələn bütün komandanın 14 günlük karantinə alınmasını qərara alıb. Oyun isə avqustun 21-nə təyin edilib. Lakin bu görüşdə "Slovan"ın yalnız əvəzedici komandası çıxış edə bilər. Bu isə o deməkdir ki, əvəzedici komanda sabah keçiriləcək oyun üçün Farer adalarına yollanmalıdır. UEFA əvəzedici komandadan 13 oyunçusunun sifariş edilməsinə və başqa təyyarə ilə Farer adalarına aparılmasına razılıq verib. "Slovan” bundan imtina etsə, komandaya texniki məğlubiyyət veriləcək.


41177 oxunub

InvestAZ