XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



FİFA əsasnamədə dəyişiklik edəcək
İdman 15:05 / 20.08.2020
FİFA futbolçuların milli komandalarda çıxış etmək hüququ ilə bağlı əsasnamədə dəyişiklik etməyi planlaşdırır.
Yeni qaydaya əsasən, bəzi oyunçulara komandanı dəyişməyə icazə veriləcək. Futbolçu ilk çıxış etdiyi yığmada 3 rəsmi matçdan çox oynamayıbsa, komandasını dəyişə bilər. Bundan əlavə, dünya çempionatının və konfederasiyaların final turnirlərində iştirak edənlər vətəndaşlıqlarını dəyişə bilməyəcək.
Hazırkı qaydaya görə, oyunçu milli komanda ilə bir rəsmi matç keçiribsə, ikinci yığmada oynaya bilməz. 
FIFA oyunçulara meydana çıxmadıqları təqdirdə ilk milli komandalarına qayıtmaqla bağlı icazə verilməsini istəyir. 
211 milli federasiya qaydaları təsdiqləsə, yeni əsasnamə gələn aydan qüvvəyə minəcək. Bu, Azərbaycan yığması üçün də bəzi futbolçuların milliləşdirilməsində yardımçı olacaq. 


43558 oxunub

InvestAZ