XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Lüksemburqa xüsusi icazə verildi
İdman 14:14 / 20.08.2020
Lüksemburq yığmasının UEFA Millətlər Liqasında 2020/21 mövsümünün ilk oyunu üçün Azərbaycana gəlməsində heç bir problem qalmayıb. Bu barədə adıçəkilən ölkə mətbuatı məlumat yayıb. Bildirilir ki, koronavirus pandemiyası səbəbindən yaranmış karantin rejimi dönəmində sərhədlərin bağlı olması problem yaratsa da, Lüksemburq millisi sentyabrın 5-dəki görüş üçün Bakıya gələ biləcək. Luk Holtsun komandasına səfərin baş tutması üçün xüsusi icazə verilib. 
Qeyd edək ki, C liqasının 1-ci qrupunda yer alan yığmamız Lüksemburqla ilk oyununu sentyabrın 5-də Bakı Olimpiya Stadionunda (20:00) keçirəcək. Millimiz 3 gün sonra Kiprin qonağı olacaqsa, lüksemburqlular Monteneqronu qəbul edəcək.

43446 oxunub

InvestAZ