XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



İlqar Rəhimov: "Qran-Pri yarışının Bakıda keçirilməsi ilə bağlı yekun qərar sentyabrda veriləcək"
İdman 18:50 / 19.08.2020

Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiyasiyasının cüdo üzrə idman direktoru Yanuş Tardos arasında onlayn formatda görüş keçirilib.

Görüş zamanı Y.Tardos bildirib ki, ölkəmizdə COVID-19 infeksiyası ilə mübarizə çox yüksək səviyyədə aparılır. Azərbaycanda yoluxma sayının az olması bunun birbaşa göstəricisidir və bu istiqamətdə aparılan işlər digər ölkələr üçün nümunəvidir. Eyni zamanda Y.Tardos bildirib ki, yoluxma sayının aşağı səviyyədə olması və dövlət tərəfindən görülən işləri nəzərə alaraq cari ilin noyabr ayında Bakıda Qran-Pri yarışının keçirilməsi reallaşdırıla bilər.
Komitə prezidenti İlqar Rəhimov bildirib ki, koronavirus pandemiyasının başladığı andan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev infeksiyaya qarşı səmərəli mübarizənin təmin olunması məqsədilə tapşırıqlar vermişdir və bunun nəticəsi olaraq infeksiyanın ölkə ərazisində geniş yayılmasının qarşısı alınmışdır. İ.Rəhimov görüş zamanı qeyd edib ki, Qran-Pri yarışına hazırlıqlar davam edir, Azərbaycan Cüdo Federasiyası ilə danışıqlar aparılır. Lakin yarışın keçirilməsi ilə bağlı yekun qərar sentyabr ayında veriləcək. İ.Rəhimov Beynəlxalq Cüdo Federasiyasının pandemiya vaxtı yarışların keçirilməsi ilə bağlı yeni qaydaların Bakıda av Qran-Pridə təmin olunacağını vurğuladı. Uzun fasildən sonra paralimpiyaçılar üçün ilk mötəbər yarışın Azərbaycanda keçirilməsi çox sevindirici hal olardı.
Görüşdə Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov və idman şöbəsinin müdiri, Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının şef-de-missionu Rauf Mürsəlov iştirak ediblər.


33012 oxunub

InvestAZ