XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Millimiz UEFA reytinqində irəlilədi
İdman 16:38 / 19.08.2020
Azərbaycan UEFA reytinqindəki mövqeyində dəyişilik olub. Bu, "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"ini 4:0 hesabı ilə məğlub etməsi sayəsində gerçəkləşib. Aktivinə 0,375 xal yazan Azərbaycan 14.750 xalla 26-cı yerdən 24-cü pilləyə yüksəlib. Buna həm də Qazaxıstanın Çempionlar Liqasındakı təmsilçisi "Astana"nın Belarus "Dinamo" (Brest) klubuna 3:6 hesablı məğlubiyyəti səbəb olub. Hazırda UEFA reytinqində Azərbaycandan aşağıda qəraralaşan Norveç və Rumıniya çempionları mübarizəyə bu gün qoşulacaq. Müvafiq olaraq "Molde" və ÇFR Çempionlar Liqası matçlarında qələbə qazansalar, 24-cü sıradakı mövqe itirilə bilər. Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun görüşləri 25-26 avqustda keçiriləcək. "Sileks" isə mübarizəyə UEFA Avropa Liqasının II təsnifat mərhələsində davam edəcək.
 

34060 oxunub

InvestAZ