XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Barselona"nın yeni baş məşqçisi müəyyənləşdi
İdman 16:00 / 19.08.2020
İspaniyanın "Barselona" klubu yeni baş məşqçisini açıqlayıb. Komanda niderlandlı Ronald Kumana tapşırılıb. 57 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanacaq. O, bu postda istefaya göndərilmiş Kike Setyeni əvəzləyəcək. 
Artıq "Barselona”nın yeni baş məşqçisi Ronald Kumanın klubdakı köməkçiləri də  bir-bir müəyyənləşir. Niderlandlı mütəxəssisə kömək edəcək iki məşqçi artıq bəlli olub. Bunlardan biri vaxtilə "Barselona”nın formasını geyinmiş Henrik Larssondur. "Helsinborq”un sabiq baş məşqçisi Kumanın köməkçisi olmaq təklifini qəbul edib. Eyni zamanda iyunda "Hoffenhaym”dan qovulan niderlandlı Alfred Şröyderin də məşqçi korpusunda yer alması gözlənilir.
Qeyd edək ki, "Barselona" UEFA Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına 2:8 hesabı ilə uduzub. Ronald Kuman futbolçu karyerasında 1989 - 1995-ci illərdə "Barselona"da oynayıb. O, 1998 - 2000-ci illərdə komandada köməkçi məşqçi işləyib. 

32686 oxunub

InvestAZ