XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Neymar Çempionlar Liqasının finalını buraxa bilər
İdman 15:18 / 19.08.2020
Fransanın PSJ klubunun futbolçusu Neymar Çempionlar Liqasının final oyununda iştirak etməyə bilər. 28 yaşlı hücumçu yarımfinalda Almaniya "Leyptsiq"ini 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra rəqib oyunçu Marsel Halstenberqlə formasını dəyişib. 
UEFA koronavirus pandemiyasına görə formaların oyunlardan sonra dəyişdirilməsini qadağan edib. Neymar bu səbəbdən bir matçlıq diskvalifikasiya edilə və 12 günlük karantinə göndərilə bilər. 
Qeyd edək ki, PSJ finalda bu gün keçiriləcək "Lion" (Fransa) - "Bavariya" (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də olacaq.

36241 oxunub

InvestAZ