XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Millimiz A səbətində yer alıb
İdman 14:54 / 19.08.2020
Sentyabrın 2-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında futzal üzrə Avro-2022-nin seçmə qrup mərhələsinin püşkü atılacaq. Püşkdən əvvəl qitənin ali futbol qurumu milli komandaları reytinq cədvəlinə uyğun olaraq səbətlərə bölüb. Millimiz "A” səbətində yer alıb. Bu isə o deməkdir ki, həmin səbətdə yer alan komandalar qrup mərhələsində rəqib olmayacaqlar. Ümumiyyətlə, A, B, C qruplarının hər birində 8 komanda yer alıb. Norveç D səbətindədir. İlkin mərhələdən pley-off oyunlarına vəsiqə qazanan komandalar isə E qrupunda cəmləşiblər.
Püşk zamanı komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcəklər. Yəni qruplara hər səbətdən bir komanda daxil ediləcək. Yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə bir başa vəsiqə qazanacaq. Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi komanda isə pley-off görüşündə üz-üzə gələcək. Bu görüş 2021-ci ilin noyabrında keçiriləcək.
Avro-2022-nin final mərhələsi isə yanvarın 9-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq.
 
 
 

31331 oxunub

InvestAZ