XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



"Bavariya" finalın bir addımlığında
İdman 12:41 / 19.08.2020
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq. Bununla da digər finalçının adına aydınlıq gələcək. Həlledici oyuna sonuncu vəsiqə uğrunda Almaniya "Bavariya"sı ilə Fransa "Lion"u qarşı-qarşıya gələcək. Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu Joze Alvalade" stadionunda keçiriləcək oyunu ispaniyalı referi Antonio Migel Mateu Laos idarə edəcək.
Fransa klubunda malili müdafiəçi Yussuf Kone zədə səbəbindən oynaya bilməyəcək. Münhenlilərin heyətində isə itki yoxdur.

UEFA Çempionlar Liqası

Yarımfinal

23:00. "Lion" (Fransa) - "Bavariya" (Almaniya)

Baş hakim: Antonio Migel Mateu Laos
Portuqaliya, Lissabon.  "Eştadiu Joze Alvalade" stadionu

Qeyd edək ki, bu cütün qalibi finalda PSJ ilə qarşılaşacaq. PSJ yarımfinalda Almaniya "Leyptsiq"indən üstün olub-3:0. Həlledici oyun avqustun 23-də olacaq.

35208 oxunub

InvestAZ