XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



Avropa Birliyi AFFA-ya qrant ayırıb
İdman 20:04 / 18.08.2020
AFFA-nın iştirakçısı olduğu daha bir layihə üçün Avropa Birliyi tərəfindən qrant ayrılıb.
«Olimpiyadünyası.com» AFFA-ya istinadla xəbər verir ki, "GREENFOOT” layihəsi futbol infrastrukturunda ictimai maliyyələşdirmə əsasında enerji səmərəliliyinin tətbiqi və bərpa olunan enerji mənbələrindən istifadəni ehtiva edir. Avropa Birliyinin "Horizon 2020” proqramı çərçivəsində qrant ayrılmış layihə bu ilin sentyabrından həyata keçirilməyə başlayacaq. Layihə çərçivəsində stadionlar, məşq mərkəzləri və digər futbol infrastruktur obyektlərində enerji səmərəliliyinin tətbiqi və bərpa olunan enerji mənbələrindən istifadəsi baxımından renovasiyasının icma əsaslı maliyyələşdirmə sxemi hazırlanacaq. AFFA-ya ayrılan qrantın məbləği 30,056.25 avrodur.
Avropa Komissiyası və UEFA arasında qitədə idmana birgə investisiya ilə bağlı bəyənnamə imzalanıb və bu Avropa birliyinə üzv olan və olmayan ölkələrin milli assosiasiyalarına müxtəlif layihələr üzrə birbaşa investisiya və dəstək proqramlarında iştirak üçün şərait yaradır.

32198 oxunub

InvestAZ