XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026



“Barselona” oyunçularının rəhbərliyə tələbi var
İdman 18:23 / 18.08.2020
 "Barselona" klubunun futbolçuları klub rəhbərliyinə qarşı tələblər irəli sürüblər. AS qəzetinin məlumatına görə, futbolçular hesab ediblər ki, kluba dəyişiklik etmək lazımdır. Onlar klubun hazırkı prezidenti Jozep Bartomeunun 2021-ci ilin martında keçirilməsi planlaşdırılan prezident seçkilərinin vaxtından əvvəl təşkil edilməsini istəyirlər. Oyunçuların fikrincə, klub rəhbərliyindəki qarışıqlıq Çempionlar Liqasında "Bavariya” ilə oyunda məğlubiyyətə səbəb olub. Bundan başqa, futbolçular klubu yaxından tanıyan birinin onlara məşqçilik etməsini istəyiblər. Onlar bu vəzifədə hazırda Qətərin "Əl-Sədd” komandasına rəhbərlik edən Xavini görmək istəyirlər.


35451 oxunub

InvestAZ